HAZZARD yalnız və yalnız sənin üçün – sənin arzuların, istəklərin, məqsədlərin üçündür! Qeyri-adi və unikal olduğunu sübut etməkdən ötrü dünya çempionu olmağına gərək yoxdur. Sən bilirsən ki, hər şey sənin əlindədir və məqsədinə çatmaq üçün əngəl olan hər şeyi yolundan qaldıra bilirsən. Vəziyyətə nəzarət edən sənsən.

 

HAZZARD başqalarının söylədiklərinə fikir verməmək, istədiyini etmək üçün kimdənsə icazə almamaq deməkdir. Sən mərd və cəsarətlisən, bütün şərtiliklərə meydan oxuyursan. Başqalarının göstərişlərilə yaşamağa nifrət edirsən, çünki çox müstəqil və özünə əminsən. Ona görə də, öz qaydalarını diktə edirsən və bildiyin kimi yaşayırsan.

 

HAZZARD lider olmaq, güzəştə getməmək, prinsipiallığınla seçilmək deməkdir. Sən qərarlı və qüvvətlisən. Bildiyini edirsən, çünki dünya sənin əlindədir. Hazzard-ı sevirsən, çünki o özünü  nə isə hesab edənlər üçün deyil, doğrudan da sözünü deyənlər üçündür.

 

HAZZARD soyuq baş və isti ürəklə riskə gedənlər, özündə güc tapıb qazandığı uğurlardan  istifadə etməklə yeni məqsədlərə can atanlar üçündür. Sən həmişə irəliyə doğru gedirsən, çünki heç bir şeyin sənə əngəl ola bilməyəcəyini yaxşı anlayırsan.

 

Sən də artıq HAZZARD komandasının bir üzvüsən. Səni sıralarımızda görməkdən qürur duyuruq!

* Vacib sahə

© 2020 Hazzard Bütün hüquqlar qorunur. Site by WebCoder

netty